13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Koronavirusdan ölən şəxslərin Azərbaycanda dəfn proseduru açıqlandı
Tarix: 23-04-2020 22:29 | Bölmə: Cəmiyyət
Koronavirusdan ölən şəxslərin Azərbaycanda dəfn proseduru açıqlandı

Koronavirusdan ölən şəxslərin dəfn proseduru açıqlanıb.

Bu barədə məlumat TƏBİB-in tibb işçiləri üçün Müvəqqəti Rəhbərlikdə yer alıb.

Bildirilib ki, morq işçilərinə və cənazədən məsul şəxslərə ölünün şübhəli/təsdiqlənmiş COVID-19  diaqnozu ilə öldüyü barədə məlumat verilməlidir. Ölünü yuyan işçilər fərdi qoruyucu vasitələrdən (uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük) istifadə etməli və istifadə olunan vasitələr tibbi tullantı qabına atılmalıdır.

Qaydaya əsasən, cənazənin qəbrə yerləşdirilməsi əsnasında əlcək istifadə olunmalıdır. Koronavirus diaqnozlu xəstələr öldüyü təqdirdə cənazə qəbrə qoyulduqdan sonra normal dəfn prosedurları tətbiq olunur.

Məlumata əsasən, ölən insanların şəxsi əşyaları ikiqat neylon torbaya qoyularaq verilir. Həmin əşyanın təkrar istifadəsi nəzərdə tutulursa, 60-90 dərəcədə yuyulmaqla istifadə edilə bilər.

Qeyd olunub ki, digər məsələlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fikirlərinə əsasən həyata keçirilir.

COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları da açıqlanıb.

"Hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricində cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir", - deyə Rəhbərlikdə qeyd olunub/APA.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər