Kəsiri olmayan tələbələr attestasiyadan keçmiş sayılacaq
Tarix: 20-05-2020 12:27 | Bölmə: Cəmiyyət
Kəsiri olmayan tələbələr attestasiyadan keçmiş sayılacaq

“Əgər sonuncu buraxılış kursunda təhsil alan tələbənin heç bir fəndən kəsiri yoxdursa, bütün fənlərdən kredit qazanıbsa, yekun attestasiyadan da keçmiş sayılacaq”.

Reyting.az
-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov bildirib.

Onun sözlərinə görə, əgər tələbə ona verilən orta müvəffəqiyyət göstəricisindən razı deyilsə, ona dövlət imtahanı vermək imkanı yaradılacaq: “Tələbə buraxılış işinin orta müvəffəqiyyət göstərici qiymətinin yazılması ilə razı deyilsə, bu, onu qane etmirsə, tələbə buraxılış işinin müdafiəsində də iştirak edə bilər”.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}