Sumqayıtda küçədə daha bir aktiv koronavirus xəstəsi saxlanıb
Tarix: 12-07-2020 13:34 | Bölmə: Cəmiyyət
Sumqayıtda küçədə daha bir aktiv koronavirus xəstəsi saxlanıb

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm  oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Qeyd edək ki Bağırov Rövşən Xürrəm  oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb.İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}