09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Bakıda ağır yol qəzası: ölən və xəsarət alanlar var
Tarix: 11-09-2020 11:36 | Bölmə: Cəmiyyət
Bakıda ağır yol qəzası: ölən və xəsarət alanlar var

Bakı şəhərinin Qaradağ rayonu ərazisində yol qəzası baş verib. Məlumata görə, “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq