Çikaqoda yaşayan azərbaycanlılar dünya ictimaiyyətinə müraciət edib
Tarix: 07-10-2020 15:51 | Bölmə: Cəmiyyət
Çikaqoda yaşayan azərbaycanlılar dünya ictimaiyyətinə müraciət edib

Çikaqo şəhərində fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi qəsbkar Ermənistanın ölkəmizə qarşı son hücumlarını sərt şəkildə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Reyting.az-a verilən məlumata görə, mərkəzin prezidenti Fərid Məmmədovun imzası ilə yayılmış bəyanatda qeyd olunub ki, dünyanın qorxunc koronavirus pandemiyası ilə mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Tovuz rayonunda və sentyabrın 27-də isə bütün cəbhə boyu təxribatlar törətməsi, Azərbaycanın Dağlıq Qarabağdan uzaqda yerləşən şəhərlərini, mülki yaşayış məntəqələrini və obyektlərini raket atəşinə tutması bu ölkənin faşist və təcavüzkar mahiyyətini göstərir.

Soydaşlarımız dünya birliyini Ermənistanın təcavüzkar siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün qətiyyətli addımlar atmağa çağırıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər