Erməni silahlıları Ağdam sakinini yaralayıb
Tarix: 18-10-2020 09:17 | Bölmə: Cəmiyyət
Erməni silahlıları Ağdam sakinini yaralayıb

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 17.10.2020-ci il tarixdə saat 21 radələrində düşmən tərəfin silahlı birləşmələri Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. Mahrızlı kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirlərini həyata keçirirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər