Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 18-10-2020 12:06 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 22-25, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Oktyabrın 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}