16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
COVİD-19-a ən çox yoluxma olan rayonların adları açıqlanıb - Siyahı
Tarix: 19-10-2020 10:54 | Bölmə: Cəmiyyət
COVİD-19-a ən çox yoluxma olan rayonların adları açıqlanıb

Azərbaycanda COVİD-19 virusuna yoluxanların 55,9 faizi Bakıdadır.

Reyting.az
koronavirus.az saytına istinadla xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma 14,5 faizlə Binəqədi rayonundadır.

Sonrakı yerlərdə 12,5 faizlə Xətai, 11,7 faizlə Yasamal, 11,7 faizlə Sabunçu, 8,7 faizlə Nəsimi, 8,1 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,2 faizlə Qaradağ, 7,1 faizlə Nizami, 5,5 faizlə Xəzər, 4,7 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}