16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Polis narkotiklərə qarşı yeni əməliyyat keçirib - Saxlanılan var
Tarix: 25-07-2021 12:01 | Bölmə: Cəmiyyət
Polis narkotiklərə qarşı yeni əməliyyat keçirib

Azərbaycanda narkotik tərkibli maddələrin istifadəsi və satışına qarşı əməliyyatlar davam etdirilir. Reyting.az xəbər verir ki, son belə əməliyyatlardan biri Zaqatala rayonunda keçirilib. DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb ediliblər.

Zaqatala Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri tədbir zamanı üzərində metamfetamin (“patı”) daşımaqda şübhəli bilinən rayonun Əliabad qəsəbə sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkumluq həyatı yaşamış Elgüc Ağaməmmədovu saxlayıblar. Axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}