16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
49 yaşlı qadın ürəyindən bıçaqlanıb - Yenilənib
Tarix: 31-03-2022 22:47 | Bölmə: Cəmiyyət
49 yaşlı qadın ürəyindən bıçaqlanıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb.

Belə ki, 1973-cü təvəllüdlü Həsənova Südabə Əlixan qızı ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunda ötən axşam baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.


“Report”un məlumatına görə, hadisəyə mülk üstə düşən mübahisə səbəb olub.

Belə ki, mübahisə nəticəsində rayonun Qarakazımlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Əlixan Həsənova qaynı, 1976-ci il təvəllüdlü Mehdi Dədəxan Həsənov tərəfindən bıçaqla qətlə yetirilib.

Həmin vaxt M. Həsənov da bıçaq xəsarətləri alıb. Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}