DİN-dən 7 il erməni əsirliyində olan Şahbazın aksiyası barədə açıqlama: "Sərbəst buraxılıb"
Tarix: 01-04-2022 17:44 | Bölmə: Cəmiyyət
DİN-dən 7 il erməni əsirliyində olan Şahbazın aksiyası barədə açıqlama: "Sərbəst buraxılıb"

7 il erməni əsirliyində olan Şahbaz Bakıda təkbaşına aksiya keçirib.

Bu barədə sosial şəbəkədə videogörüntülər yayılıb. O, əlil kimi pensiya və veteranlıq statusu ala bilmədiyini deyir. Bildirir ki, Məşğulluq Xidmətindən ona aylıq 160 manat maaşla süpürgəçi işi təklif edilib.

Ş. Quliyev həmçinin çox çətin vəziyyətdə yaşadığını bildirib: “Evimin qazını və işığının kəsiblər. 1 manat pulum olmadığından Müşfiq qəsəbəsindən Bakının mərkəzinə piyada gəlmişəm. 1 il yeddi aydır çox çətin vəziyyətdə yaşayıram…”/Qafqazinfo.az

Ş. Quliyevin polis tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı iddia edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Şahbaz Quliyev polis bölməsinə dəvət olunub, onu qayğılanıdıran hallar və xüsusatlar dinlənilib: “Barəsində inzibati icraat və saxlanılması ilə bağlı hər hansı qərar yoxdur, sərbəst buraxılıb".

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər