Astrofizika Rəsədxanası Ramazan ayı ilə bağlı iddialara cavab verib
Tarix: 02-04-2022 17:47 | Bölmə: Cəmiyyət
Astrofizika Rəsədxanası Ramazan ayı ilə bağlı iddialara cavab verib

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib. Bəzi insanlar bunu birmənalı qarşılamayıb, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynov Reyting.az-a açıqlama verib:

“Azərbaycan üfüqündə 01 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğub. Həmin gün 19.04-də Günəş batıb, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib. Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec 20:23 də batacaqdır. Hilalın işıqlanması 2% olacaqdır. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaqdır. Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir.

Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”.





Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər