16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Mingəçevirdə kütləvi zəhərlənmə: 16 nəfəri xəstəxanaya aparıblar - Yenilənib+
Tarix: 03-04-2022 23:42 | Bölmə: Cəmiyyət
Mingəçevirdə kütləvi zəhərlənmə: 16 nəfəri xəstəxanaya aparıblar

Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına 16 nəfər yerləşdirilib. Onlardan (11 orta yaşlı, 5 uşaq) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər.

Məlumata görə, digər 2 nəfərin vəziyyəti stabildir.

Zəruri yardımlar göstərildikdən sonra onların da ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.

***

Mingəçevirdə kütləvi zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı müraciətlər aprelin 3-ü saata 17:00 radələrində daxil olub.

Kütləvi zəhərlənmənin səbəbi araşdırılır.

Müraciətlər bir küçədə yaşayan ayrı-ayrı ailələr tərəfindən edilib.

***

Dünən axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlarda dəm qazından zəhərlənmə halları baş verib və təcili yardıma fasiləsiz olaraq çağırışlar daxil olub.

Reyting.az
xəbər verir ki, bunu “Trend”-ə Mingəçevir şəhər təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin rəhbəri Allahverdi Alıyev deyib.



O qeyd edib ki, təcili yardım briqadaları fasiləsiz olaraq sürətlə hərəkət ediblər və vaxtında hadisə yerlərinə çataraq xəstələri təcili yardım şöbəsinə gətiriblər.

“Bütövlükdə xəstələrin sayı 15 nəfər olub, onlardan 8 nəfəri qadın, 2 nəfəri kişi, 5 nəfəri isə uşaq olub. Bir nəfər dializ xəstəsi idi. Onun vəziyyəti nisbətən ağır olduğuna görə bir neçə saat əlavə yardıma ehtiyacı oldu və o da sağalma ilə evə yazılıb.

Bütün xəstələr evə buraxılıb, heç bir ağırlaşma və ölüm halı baş verməyib. Onların əksəriyyəti hamamda yuyunarkən, bir neçəsi isə mətbəxdə yemək bişirərkən dəm qazından zəhərləniblər”, - deyə o əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}