16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Təhsil Nazirliyi müəllimlərlə bağlı yeni müsahibəyə start verib
Tarix: 04-04-2022 12:35 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi müəllimlərlə bağlı yeni müsahibəyə start verib

Aprelin 4-də müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə start verilib.

Reyting.az
Təhsil Nazirliyinə istinadla bildirir ki, Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 2033 nəfər dəvət olunub.

Bu gün keçirilən müsahibələrdə cari tədris ilində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, informatika, kimya, riyaziyyat, rus dili və ədəbiyyatı, Azərbaycan dili fənləri üzrə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş şəxslər iştirak edəcəklər.

7 aprel tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}