16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Vahid Giriş Sistemi bütün dövlət informasiya ehtiyatlarında tətbiq ediləcək
Tarix: 04-04-2022 17:47 | Bölmə: Cəmiyyət
Vahid Giriş Sistemi bütün dövlət informasiya ehtiyatlarında tətbiq ediləcək

Azərbaycanda dövlət orqanlarının (qurumlarının) göstərdiyi elektron xidmətlərdən istifadənin səmərəliliyinin artırılması məqsədilə Vahid Giriş (Login) Sisteminin bütün dövlət informasiya ehtiyatlarında və sistemlərində tətbiqi ilə bağlı təkliflərin təqdim edilməsi planlaşdırılır.

Reyting.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.

Vahid Giriş (Login) Sisteminin bütün dövlət informasiya ehtiyatlarında və sistemlərində tətbiqinin təmin edilməsi üçün mövcud vəziyyətin təhlili, sistemin bütün dövlət informasiya ehtiyatlarında və sistemlərində tətbiqi ilə bağlı təkliflərin hazırlanması, sisteminin bütün dövlət informasiya ehtiyatlarında və sistemlərində tətbiqi ilə bağlı təkliflərin təqdim edilməsi nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}