16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
İcra başçılarının aktlarının elektron bazası və rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq
Tarix: 04-04-2022 17:43 | Bölmə: Cəmiyyət
İcra başçılarının aktlarının elektron bazası və rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq

Azərbaycanda yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsi planlaşdırılır.

Reyting.az
 xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.

Yerli icra hakimiyyəti orqanlarının xidmətlərinin təhlil edilməsi və mövcud infrastrukturun qiymətləndirilməsi, rəqəmsal icra hakimiyyəti portalının ilkin versiyasının hazırlanması və yoxlanılması, rəqəmsal icra hakimiyyəti portalının tam həcmdə fəaliyyət göstərməsi nəzərdə tutulub.

Bununla yanaşı, yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması qaydalarının təkmilləşdirilməsi və həmin aktların elektron bazasının yaradılması planlaşdırılır.
Sənədə əsasən, sözügedən vəzifənin icrası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.

Yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, təkliflərin qiymətləndirilməsi və müvafiq normativ hüquqi aktın layihəsinin hazırlanması, yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının elektron bazasının yaradılması ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}