16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Doktoranturaya elektron sənəd qəbulu başlayıb
Tarix: 05-04-2022 18:34 | Bölmə: Cəmiyyət
Doktoranturaya elektron sənəd qəbulu başlayıb

Aprelin 5-də portal.edu.az vasitəsilə ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib.

Reyting.az
Təhsil Nazirliyinə istinadla xəbər verir ki, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari və növbəti addımları izləyə bilərlər.

Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, müraciətlərin elektron formada qəbulu prosesin daha çevik, rahat və keyfiyyətli təşkilinə şərait yaradacaq. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər.

Bununla yanaşı, qeydiyyatın portal üzərindən aparılması gələcəkdə yeni inteqrasiya olunmuş xidmətlərin təqdim olunmasına və təhsil pilləsinin elektronlaşdırılmasına şərait yaratmış olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}