12:12 / 21-05-2024
Sabah yağış yağacaq
11:26 / 21-05-2024
Rəisinin varisi kimdir?
Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərə cəza verilib
Tarix: 06-04-2022 11:13 | Bölmə: Cəmiyyət
Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərə cəza verilib

"Liatris Holding"in rəhbəri, iş qadını Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərlə bağlı məhkəmə qərarı elan olunub.

Reyting.az
xəbər verir ki, R. Əliyevanı şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla hədələyən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib və həmin şəxslər məsuliyyətə cəlb ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Ruhi Əliyeva APA-ya məlumatı təsdiq edib. O bildirib ki, insanların şəxsi və iş həyatı barədə yalan məlumatlar yaymaq qanunaziddir və hər kəs kimliyindən asılı olmayaraq qanun və məhkəmə qarşısında cavab verməlidir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}