16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Bakıda qətl: kişi həyat yoldaşını və özünü güllələyib - Yenilənib
Tarix: 06-04-2022 13:57 | Bölmə: Cəmiyyət
Bakıda qətl: kişi həyat yoldaşını və özünü güllələyib

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qətl törədilib. Orta yaşlı kişi küçədə qadını, daha sonra da özünü güllələyərək öldürüb.

Reyting.az
-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sabunçu rayonu ərazində Rasim Xəlilov həyat yoldaşı Misli Xəlilovanı özünə məxsus qanuni ov tüfəngi ilə güllələyərək öldürüb, sonra özünü güllə ilə vuraraq intihar edib.

İndiyə qədər ailədə münaqişə olması ilə bağlı polisə məlumat daxil olmadığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ov tüfəngi maddi sübut kimi götürülüb.

***

Prokurorluq Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Sabunçu Rayon Prokurorluğunun məlumatında deyilir:

“Aprelin 06-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir".




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}