Mərkəzi Xəstəxanaya direktor təyin olunub
Tarix: 07-04-2022 14:54 | Bölmə: Cəmiyyət
Mərkəzi Xəstəxanaya direktor təyin olunub

Tərtər Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.

Reyting.az
 TƏBİB-ə istinadla xəbər verir ki, İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Cəlahani Sərxan direktor təyin edlib.

Məlumata görə, Cəlahani Sərxan 12 aprel 1981-ci ildə Sumqayıt şəhərində anadan olub.

1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində “Müalicə işi” fakültəsində təhsil alıb.

Daha sonra, 2006-2008-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt, 2008-2012-ci illərdə Bərdə RMX-nın həkim- anestezioloqu, 2012-2016-cı illərdə Doğum Evində Reanimasiya şöbəsi həkim- reanimotoloqu, 2016-2022-ci illər ərzində isə xəstəxananın Doğum Evinin Reanimasiya şöbəsinin müdiri kimi çalışıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər