16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Ukrayna döyüşlərində həlak olan həmyerlimizin nəşi ölkəmizə gətirilib
Tarix: 10-04-2022 18:46 | Bölmə: Cəmiyyət
Ukrayna döyüşlərində həlak olan həmyerlimizin nəşi ölkəmizə gətirilib

Ukraynada həlak olan snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilib, ailəsinə təhvil verilib.

Reyting.az
xəbər verir ki, Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb.

O, Kəlbəcər rayon Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.

APA-nın məlumatına görə, mərhumun nəşi günorta saatlarında ölkəmizə gətirilib. Ukraynada mərhumla təntənəli vida mərasimi keçirilib, mərasimdə Ukrayna dilində Azərbaycan himni səsləndirilib. Elnur Həsənov İrpen istiqamətində “Karpat Seçi” könüllü batalyonunun tərkibində döyüşüb. O, “Alik” ləqəbi ilə tanınıb. Mərhum Goranboy rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, mərhum İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.

Son məlumata görə, snayper Elnur Həsənov Goranboyda dəfn edilib.








Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}