09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Yeni rektor şöbə müdirini vəzifədən azad edib
Tarix: 11-04-2022 17:45 | Bölmə: Cəmiyyət
Yeni rektor şöbə müdirini vəzifədən azad edib

Bakı Slavyan Universitetinin mətbuat katibi Mənsur İbrahimli vəzifəsindən azad edilib.

Bu barədə Axar.az-a etibarlı mənbədən məlumat daxil olub.

Bildirilib ki, hələ universitetə yeni mətbuat katibi təyin olunmayıb.

Mənsur İbrahimli məlumatı təsdiqləyib:

“Aprelin 4-də öz ərizəmə əsasən Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsindən azad edilmişəm. Hazırda səhhətimdə yaranmış problemlə əlaqədar ev şəraitində müalicə olunuram”.

Qeyd edək ki, M. İbrahimli 2019-cu ildən BSU-nun mətbuat katibi vəzifəsində çalışırdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq