16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Azərbaycanlı alim COVID-19-un bütün variantlarına qarşı effektiv peyvənd hazırlayıb
Tarix: 11-04-2022 18:12 | Bölmə: Cəmiyyət
Azərbaycanlı alim COVID-19-un bütün variantlarına qarşı effektiv peyvənd hazırlayıb

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi komanda dünyada ilk dəfə olaraq COVID-19-un “Omikron” və “Delta” variantları da daxil olmaqla, bütün ştammlarına qarşı effektiv qoruyuculuğu təmin edən peyvəndlər hazırlayıb.

Reyting.az
-ın xəbərinə görə, professor Tərlan Məmmədov deyib ki, hazırladıqları peyvəndlərlə bağlı “Plant-produced RBD and cocktail-based vaccine candidates are highly effective against SARS-CoV-2, independently of its emerging variants” My Webpage ("Bitki əsaslı RBD və kokteyl peyvənd namizədləri SARS-CoV-2-nin bütün variantlarına qarşı yüksək effektivliyə malikdir) adlı hesabat-məqalə “BioRxiv”də (biologiya elminə aid elmi tədqiqatların onlayn arxivi və nəşr edilməsi imkanı təqdim edən sistem) dərc olunub.

Alim bildirib ki, hazırda dünyada koronavirusa qarşı istifadə olunan heç bir vaksin “Omikron”a qarşı effektli deyil və bu haqda heç bir məlumat yoxdur.

T. Məmmədov deyib: "Science" jurnalında nəşr olunan məqalələrinə istinadla “hər dozası 30 mikroqramdan ibarət olan 2 doz sintetik mRNT (ümumilikdə 60 mikroqram) tərkibli "Pfizer/BioNTech” peyvəndi “Omikron” variantına qarşı effektsizdir və heç bir qoruyuculuğa malik deyil”.

T. Məmmədov əlavə edib ki, hazırladıqları bitki RBD və kokteyl əsaslı peyvəndlərin “Omikron” ştammına qarşı da effektivliyini sübuta yetirlib. O, bu elmi nəticələrin "Nature communication" jurnalına göndərildiyini, 2 gün öncə BioRxiv-də nəşr olunduğunu diqqətə çatdırıb: "Beləliklə, biz dünyada ilk dəfə olaraq "Omikron" da daxil olmaqla SARS-CoV-2-nin bütün variantlarına qarşı effektiv olan vaksinlər haqqında bütün dünyaya məlumat verdik".

Alim əlavə edib ki, hazırda bu vaksin insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.(Aztibb)




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}