Dövlət Xidməti "S and N" MTK-dan prokurorluğa şikayət edib
Tarix: 13-04-2022 17:34 | Bölmə: Cəmiyyət
Dövlət Xidməti "S and N" MTK-dan prokurorluğa şikayət edib

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən və Kərəm İsmayılov küçələrinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Reyting.az
xəbər verir ki, bunu Xidmət rəsmisi Vaqif Cavadov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "S and N" MTK tərəfindən kəsildiyi və təbiətə 4500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: "Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər