Azərbaycanda sayt rəhbəri saxlanılıb - Foto
Tarix: 14-04-2022 10:40 | Bölmə: Cəmiyyət
Azərbaycanda sayt rəhbəri saxlanılıb

Sayt rəhbəri Zahir Əmənov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verib.

Məlumata görə, "cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.


Z.Əmənov


Faktla bağlı Masallı Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Z. Əmənovun Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul alarkən RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı barədə məlumatlar yayılmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər