Uşaq bağçalarına qəbul nə vaxt başlayacaq? - Açıqlama
Tarix: 14-04-2022 11:22 | Bölmə: Cəmiyyət
Uşaq bağçalarına qəbul nə vaxt başlayacaq?

“Uşaq bağçalarına qəbula iyul ayından başlaması nəzərdə tutulub”.

Reyting.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.

O qeyd edib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür: “Uşaq bağçalarında tərbiyəçilərin və təhsilverənlərin işə qəbulu ilə bağlı müvafiq işçi qrup yaradılıb. Hazırda qəbul prosesinin istiqamətləri ilə bağlı iş aparılır. Son nəticə aydın olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək. Hesab edirəm ki, bu sahədə inqilabi dəyişikliyin olması nəzərdə tutulmur. Sadəcə bir bağça tərbiyəçisinin bilməli olduğu məqamlar soruşulacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}