Nazirlik rəsmisi: "Uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər”
Tarix: 14-04-2022 11:32 | Bölmə: Cəmiyyət
Nazirlik rəsmisi: "Uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər”

“Məktəblərdə tədris proqramı ağır deyil. Sadəcə bir qrup müəllimlər var ki, onlar uşaqların akademik yüklənməsini daha yaxşı öyrənməsinə vasitə kimi baxırlar. Ona görə də uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər”.

Reyting.az
xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.

O qeyd edib ki, həmin müəllimlərlə iş aparılmalıdır: “Çünki 45 dəqiqə öyrənmək üçün kifayət qədər uyğundur. Şagird hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər. Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik”.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər