Tunis sahillərində içərisində Azərbaycan vətəndaşı olan gəmi batıb
Tarix: 16-04-2022 08:39 | Bölmə: Cəmiyyət
Tunis sahillərində içərisində Azərbaycan vətəndaşı olan gəmi batıb

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.

“RİA Novosti“ xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.

Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər