16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Son 3 ayda Bakıdakı yol qəzalarında 52 nəfər həlak olub
Tarix: 16-04-2022 09:36 | Bölmə: Cəmiyyət
Son 3 ayda Bakıdakı yol qəzalarında 52 nəfər həlak olub

Son 3 ay ərzində Bakı şəhərində baş verən yol qəzalarının sayı açıqlanıb.

Reyting.az
-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”a bildirib ki, 2022-ci ilin yanvar-mart aylarında 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 52 nəfər ölüb, 96 nəfər yaralanıb.

“Bakıda son 3 ay ərzində avtobuslarla 2 yol qəzası baş verib, ölən olmayıb, 2 nəfər xəsarət alıb.

Yük avtomobilləri ilə 5 hadisə olub, 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Mopedlərlə 5 hadisə olub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Motosikletlə 1 hadisə olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Velosipedlə 1 hadisə olub, 1 nəfər yaralanıb. Azyaşlılarla bağlı 6 hadisə olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Ümumi baş vermiş yol-nəqliyyat hadisələrinin 25,6 faizində sürət həddinin payı var.

Son 3 ay ərzində 89 piayada vurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb. Ötən illə müqayisədə piyadavurma hadisələrinin çox alıb”, - DYP rəsmisi vurğulayıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}