Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi ilə bağlı - Açıqlama
Tarix: 18-04-2022 16:25 | Bölmə: Cəmiyyət
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi ilə bağlı

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsində kimlərin iştirak edə biləcəyinə aydınlıq gətirilib.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Reyting.az-a verilən xəbərə görə, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Həmçinin bildirilib ki, namizəd bir tədris ili ərzində bir dəfə qarşılıqlı yerdəyişmə etmək hüququna malikdir: "Qarşılıqlı yerdəyişmə müsabiqəsində yalnız müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsi olan şəxslər iştirak edə bilərlər. Müsabiqə üzrə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilib. Bundan başqa son 3 il ərzində müddətsiz əsaslarla işə qəbul olunan müəllimlər də bu müsabiqədə iştirak edə bilər".

Bildirilib ki, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində namizədlərin imtahan balına hər hansı bir əmsal tətbiq olunmayacaq: "Namizədlər yalnız müddətsiz müqavilə əsasında çalışdığı əsas iş yeri üzrə qarşılıqlı yerdəyişmə etmək hüququna malikdir. Hazırda analıq məzuniyyətində olan şəxslər müsabiqədə iştirak edərək yerdəyişmə edə bilər. Müsabiqə çərçivəsində digər bölgələrdən Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qarşılıqlı yerdəyişmə etmək də mümkündür".




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər