“Qazprombank”ın keçmiş vitse-prezidenti və ailəsi öldürülüb
Tarix: 18-04-2022 17:30 | Bölmə: Cəmiyyət
“Qazprombank”ın keçmiş vitse-prezidenti və ailəsi öldürülüb

Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində yaşayış binasının mənzilində “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayevin meyiti aşkarlanıb.

TASS xəbər verir ki, bu barədə Moskvanın hüquq mühafizə orqanları məlumat yayıb.

Qeyd olunub ki, mənzildə həmçinin V.Avayevin həyat yoldaşı və qızının da meyiti tapılıb.

Onlara odlu silahdan atəş açıldığı məlum olub/Report.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq