Göyçayda iftar süfrəsində kütləvi zəhərlənmə olub
Tarix: 19-04-2022 10:41 | Bölmə: Cəmiyyət
Göyçayda iftar süfrəsində kütləvi zəhərlənmə olub

Göyçay rayonunun Çərəkə kəndində iftar süfrəsində kütləvi zəhərlənmə olub.

Reyting.az
DİN-ə istinadla bildirir ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib:

"Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib".




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər