Hava şəraiti dəyişəcək, daşqın və sel gözlənilir - Xəbərdarlıq
Tarix: 19-04-2022 14:25 | Bölmə: Cəmiyyət
Hava şəraiti dəyişəcək, daşqın və sel gözlənilir

Bakıda və Abşeron yarımadasında aprelin 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında aprelin 20-si günün ikinci yarısı qərb rayonlarından başlayaraq 21-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər