Biləsuvarın kəndində evləri su basıb - Fotolar
Tarix: 20-04-2022 08:49 | Bölmə: Cəmiyyət
Biləsuvarın kəndində evləri su basıb

Biləsuvar rayonunun Səmədabad kəndində bəzi evləri və onların həyətyanı sahələrini su basıb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, hadisəyə səbəb kəndin yuxarı hissəsindəki yeni su kanalının daşmasıdır.

Sakinlər bildiriblər ki, təsərrüfatlarına dəyən ziyan su arxının təmizlənməməsi və su ötürücü qurğuların normal olmaması ilə əlaqədardır.

Yeni çəkilən bu su kanalı hazırda kəndin yuxarı hissəsində 80-ə yaxın evin su təminatını ödəyir. Əvvəlki dövrlərdə burdakı evlərin su təminatı Mil-Muğan kanalından (əvvəl çəkilən - red.) olub. Son illər kanala yaxın ərazilərdən əkin dövriyyəsində 3000 hektara yaxın artımın olması suya təlabatı kəskin artırıb və suyun səviyyəsi azalıb. Kənd əhalisinin suya ehtiyacını ödəmək üçün ötən il yeni kanal çəkilib. Ancaq kəndin giriş hissəsində kanalın aşağı səviyyədə olması subasmaya səbəb olur.

Kəndin bələdiyyə sədri Əliislam Orucov bildirib ki, sakinlərin şikayəti haqlıdır: "Kənd sakinlərindən biri öz həyətyanı sahəsindəki əkini suvarmaq üçün vurulan bəndi açıb. Suyun həcmi çox olduğundan, kanal suyu ötürə bilməyib. Nəticədə 4 evin həyətyanı sahələrini su basıb. Məsələ aidiyyəti qurumlarla, icra nümayəndəliyi ilə birlikdə müzakirə olunub, yaxın vaxtlarda öz müsbət həllin tapacaq".





Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər