Gürcüstanda Bakıda hazırlanan saxta sənəd aşkarlanıb, saxlanılan var
Tarix: 20-04-2022 14:00 | Bölmə: Cəmiyyət
Gürcüstanda Bakıda hazırlanan saxta sənəd aşkarlanıb, saxlanılan var

Gürcüstanda saxta sənədin hazırlanması və başqasının əmlakını dələduzluq yolu ilə ələ keçirməyə görə bir nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxs Dövlət Reyestri üzrə Milli Agentliyə Bakıda notariusdan əldə etdiyi saxta etibarnamə və alqı-satqıya dair müqavilə təqdim edib. Bu sənədlərin əsasında o, Tbilisinin Diğomi kəndində dəyəri 300 min laridən çox olan 991 kvadrat metr torpaq sahəsini öz adına qeydiyyata aldırıb.

Həmin torpaq sahəsi digər ölkənin vətəndaşının mülkiyyətində oub. Hazırda əmlaka həbs qoyulub.

İstintaq Xidməti cinayət əməlinin törədilməsində iştirak edən digər mümkün şəxslərin müəyyən olunması üzrə istintaq tədbirlərini davam etdirir.

İstintaq Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə aparılır. Bu cinayət əməlinə görə 6 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər