16:39 / 28-11-2024
Sabah qar yağacaq
Arif Həşimov yeni təyinat xəbərini təkzib edib: "İddialar əsassızdır”
Tarix: 02-08-2022 16:18 | Bölmə: Cəmiyyət
Arif Həşimov yeni təyinat xəbərini təkzib edib: "İddialar əsassızdır”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Reyting.az cebhe.info-ya istinadla xəbər verir ki, yerli mediada hazırda AMEA prezidentinin səlahiyyətlərini icra edən Birinci vitse-prezident Arif Həşimovun Elm və Təhsil Nazirliyinə müavin gələcəyi ilə bağlı iddialar səslənir. İddia olunur ki, Arif Həşimov elm və təhsil nazirinin müavini olaraq elm sahəsini kurasiya edəcək.

Məsələ ilə bağlı AMEA prezidentinin səlahiyyətlərini icra edən Birinci vitse-prezident Arif Həşimovla əlaqə saxladıq.

Cebhe.info-ya danışan Arif Həşimov səslənən iddiaları təkzib edib: “Belə bir məlumat yoxdur. Səslənən iddialar əsassızdır”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər