07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Babadağda köməksiz qalanlardan 3-ü xilas olunub, birinin isə meyiti tapılıb - Yenilənib
Tarix: 06-08-2022 15:28 | Bölmə: Cəmiyyət
Babadağda köməksiz qalanlardan 3-ü xilas olunub, birinin isə meyiti tapılıb

Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub: "Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək".


***

İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Nicat, Xudaverdiyev Ağa və qardaşı Xudaverdiyev Emil sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib:

"Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır".

Xatırladaq ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin  "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupu xilasetmə işlərinə cəlb olunub. Axtarışlar mürəkkəb relyefli dağlıq ərazidə və əlverişsiz hava şəraitində aparılıb.

Əlavə məlumat veriləcəkdir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}