TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin son durumunu açıqlayıb
Tarix: 09-08-2022 15:26 | Bölmə: Cəmiyyət
TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin son durumunu açıqlayıb

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib. 

Reyting.az
TƏBİB-ə istinadla xəbər verir ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. 

Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir.  Zəhərlənmənin səbəbi araşdırılır.




Bölməyə aid digər xəbərlər