Rezidenturaya qəbul imtahanında iştirak üçün qeydiyyat yekunlaşır
Tarix: 11-08-2022 09:53 | Bölmə: Cəmiyyət
Rezidenturaya qəbul imtahanında iştirak üçün qeydiyyat yekunlaşır

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 11 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzi bildirir ki, 11 avqust saat 09:00-a olan məlumata əsasən 841 namizəd (Azərbaycan bölməsi - 707; rus bölməsi - 134) imtahana yazılıb.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}