Bakıda və Oğuzda qanunsuz ağac kəsiminə görə cinayət işi açılıb
Tarix: 12-08-2022 18:01 | Bölmə: Cəmiyyət
Bakıda və Oğuzda qanunsuz ağac kəsiminə görə cinayət işi açılıb

Azərbaycanda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanılıb.

Reyting.az
Baş Prokurorluğa istinadla bildiriir ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində meşə fonduna daxil olmayan, həmçinin Xaçmaz meşəbəyliyinin 5 və 10 saylı və Oğuz meşəbəyliyinin 8a saylı dolayında meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi, ümumilikdə 33 min manatdan çox məbləğdə ziyan dəyməsi faktları aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}