16:39 / 28-11-2024
Sabah qar yağacaq
Prokurorluq sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırma aparır
Tarix: 15-08-2022 15:25 | Bölmə: Cəmiyyət
Prokurorluq sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırma aparır

Quba Rayon Prokurorurğu sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb.

Reyting.az
Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla bildirir ki, bəzi media və sosial şəbəkə səhifələrində Rusiyada yaşayan Zeynalov Abil Hacıbaba oğlunun sağ olmasına baxmayaraq ölüm haqqında şəhadətnamə verilməsinə görə Azərbaycana gələ bilməməsi ilə bağlı məlumatlar yayılıb.

Məlum olub ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba Rayon Məhkəməsi tərəfindən 09 sentyabr 2011-ci il tarixdə qətnamə qəbul edilmiş və bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib edilib.

Qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş arxiv və digər zəruri sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədi ilə hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər