FHN-də qalmaqallı videolarla bağlı iclas keçiriləcək
Tarix: 17-08-2022 13:01 | Bölmə: Cəmiyyət
FHN-də qalmaqallı videolarla bağlı iclas keçiriləcək

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin bir neçə vəzifəli şəxsinin intim xarakterli görüntüləri yayılıb. Artıq məsələ ilə bağlı ilk rəsmi açıqlama da verilib.

Baş Prokurorluq qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlayaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verməklə zəruri prosessual hərəkətlər yerinə yetirir.

Reyting.az xəbər verir ki, "Qafqazinfo" hadisə ilə bağlı yeni məlumatlar əldə edib. Videoda yer alan və qadınları çəkmək üçün otağına əvvəlcədən kamera yerləşdirdiyi iddia edilən polkovnik Zaur Mirzəyev görüntülər ictimailəşməmişdən bir neçə gün əvvəl, daha dəqiq isə avqustun 8-i öz istəyi ilə işdən azad olunub.

O, istefa verənə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi olub.

Eyni zamanda, görüntülənən qadınlarla bağlı da FHN-də bu gün iclas keçiriləcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}