Sumqayıt Tibb Kolleci tələbəsinin meyiti tapılıb
Tarix: 18-08-2022 15:58 | Bölmə: Cəmiyyət
Sumqayıt Tibb Kolleci tələbəsinin meyiti tapılıb

Sumqayıtda dənizdən qadın meyiti tapılıb.

Məlumata görə, meyit Xəzər dənizinin Sumqayıt sahilində "damba" deyilən ərazidə aşkarlanıb.

Araşdırma zamanı meyiti tapılan şəxsin Kürdəmir rayonu sakini 2004-cü il təvəllüdlü Cəfərova Mələk Eldar qızı olduğu müəyyən edilib. Meyit aidiyyatı üzrə təhvil verilib. Onun intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, 18 yaşlı M. Cəfərovanın Sumqayıt Tibb Kollecinin tələbəsi olduğu deyilir/APA.




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq