Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirilib
Tarix: 21-08-2022 14:27 | Bölmə: Cəmiyyət
Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.

DİM-dən Reyting.az-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.




Bölməyə aid digər xəbərlər