Türkiyədə yol qəzası: ölənlərin sayı 20 nəfərə çatıb - Video
Tarix: 21-08-2022 09:34 | Bölmə: Cəmiyyət
Türkiyədə yol qəzası: ölənlərin sayı 20 nəfərə çatıb

Türkiyədə ağır yol qəzası baş verib.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə Mardinin Derik rayonunda qeydə alınıb.

Hərəkətdə olan “TIR” avtomobili yanacaqdoldurma məntəqəsinin qarşısındakı insanların üzərinə sürüb.



Hadisə baş verən zaman xilasedicilər başqa bir qəzanın fəsadlarını aradan qaldırmaq üçün ərazidə iş aprırmış.

Hadisəyə səbəb yük maşınının əyləc sistemindəki nasazlıq olub.

Qəza nəticəsində əvvəlcə 8 nəfərin həlak olduğu bildirilsə də, son məlumata görə, həyatını itirənlərin sayı 20 nəfərə çatıb.

Yaralılardan 26-sının müalicəsi davam edir.





Bölməyə aid digər xəbərlər