Kəmaləddin Heydərov generalı yüksək vəzifəyə təyin edib
Tarix: 24-08-2022 16:45 | Bölmə: Cəmiyyət
Kəmaləddin Heydərov generalı yüksək vəzifəyə təyin edib

Fövqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.

Reyting.az
"Unikal"a istinadla xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb.




Bölməyə aid digər xəbərlər