13:27 / 16-09-2025
Sabah yağış yağacaq
ÜST: “Koronavirusa yoluxma və ölüm halları azalıb”
Tarix: 25-08-2022 15:13 | Bölmə: Cəmiyyət
ÜST: “Koronavirusa yoluxma və ölüm halları azalıb”

“Dünyada bir həftə ərzində COVID-19-a yoluxma halları 9 %, ölüm halları isə 15 % azalıb”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

ÜST-ün məlumatına əsasən, avqustun 15-dən 21-dək koronavirusa yoluxma halları altı regionda da azalıb: “Ən çox azalma Afrika (25 %), Avropa (20 %) və Amerikada (18 %) qeydə alınıb”.

ÜST bəyan edib ki, bir həftə ərzində dünyada 5,3 milyondan çox yoluxma halı qeydə alınıb.

COVID-19-dan ölüm halları Afrika və Qərbi Sakit Okean istisna olmaqla, bütün regionlarda azalıb.

Ümumilikdə, bir həftə ərzində dünyada 14 min insan COVID-19 virusundan ölüb/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq