Lənkəranda məktəbdə direktor səlahiyyəti gözətçiyə həvalə olunub - Foto
Tarix: 29-08-2022 16:06 | Bölmə: Cəmiyyət
Lənkəranda məktəbdə direktor səlahiyyəti gözətçiyə həvalə olunub

Lənkəran rayonu Ə.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbində direktor səlahiyyəti gözətçiyə həvalə olunub.

Məlumata görə, məktəbin direktoru Rövşən Əliyev məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini məktəbin gözətçisi icra edib.

Belə ki, direktora məktub ünvanlayan müəllimlərdən birinə cavab qarovulçu adından verilib.

Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bütün pedaqoji və texniki işçilər məzuniyyətdə olduğu, məktəbin də təsərrüfat müdiri olmadığından müvəqqəti olaraq səlahiyyət gözətçiyə həvalə olunub: “Hazırda direktorun məzuniyyət vaxtı bitib və işindədir. Vətəndaş yenidən müraciət edə bilər”.





Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq