14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Bakıda təhlükəsizlik tədbirləri gücləndiriləcək - Foto
Tarix: 10-09-2018 17:53 | Bölmə: Cəmiyyət
Bakıda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakıda polis təhlükəsizlik tədbirlərini gücləndirəcək.

Reyting.az
-ın xəbərinə görə, bunu “Report”a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.

Onun sözlərinə görə, sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürüləcək.

Bakıda təhlükəsizlik tədbirləri gücləndiriləcək

S. Bağırov hər hansı xoşagəlməz hadisənin baş verməməsi, "Bilik Günü"nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayının artırılacağını, zəruri olan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.

Yeni dərs ilinin başlanması ilə əlaqədar Dövlət Yol Polisi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq