16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ukraynada Rusiyanın üç casusu saxlanılıb
Tarix: 05-06-2023 16:26 | Bölmə: Dünya
Ukraynada Rusiyanın üç casusu saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkənin qərar qəbuletmə mərkəzlərini izləyən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) üç əməkdaşını saxladığını açıqlayıb. Məlumata görə, onlar Vinnitsa, Dnepropetrovsk və Odessa bölgələrində saxlanılıblar.

Reyting.az
-ın xəbərinə görə, SBU-nun açıqlamasında bildirilir ki, Ukraynanın müxtəlif bölgələrində genişmiqyaslı xüsusi əməliyyat keçirilib və ölkənin üç bölgəsində FSB kəşfiyyat şəbəkəsinin üç üzvü tutulub.

Sözügedən şəxslər Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının göstərişi ilə qərar qəbuletmə mərkəzlərini və Müdafiə Qüvvələrinin, xüsusən də mərkəzi və cənub bölgələrində yerləşən silahlar və şəxsi heyət haqqında kəşfiyyat məlumatları toplayıblar.

Məlumatda qeyd olunur ki, Rusiya casusları hər tamamlanan missiya üçün öz kartları ilə təcavüzkardan 550 dollara qədər vəsait alıblar. Məbləğ görülən işin aktuallığından və keyfiyyətindən asılı olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}